BİZNES

13 Fevral

Qeyri-neft özəl sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edir - Orxan Nəzərli

Vergi qanunvericiliyində təsdiq edilmiş vergi təşviqlərinin hesabına 2019-cu ilin
əvvəlindən son tarixədək cəmi əmək müqavilələrinin sayı 471 minədək, o cümlədən qeyri-
neft özəl sektorda 443 mindən çox artıb. Vergi islahatları nəticəsində qeyri-neft üzrə özəl
sektorda əmək müqavilələrinin artımı 82,1% təşkil edir.

Finss.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.

Onun sözlərinə görə, bu günə özəl bölmədə əmək müqavilələrinin sayı dövlət sektorunu üstələyir ki, bu da əmək bazarının əhəmiyyətli leqallaşmasını ifadə edir:

"2024-cü ildə cəmi əmək haqqı fondu 23,9 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə etsək, ümumilikdə 2.5 dəfəyədək, qeyri-neft özəl sektorda isə 2.7 dəfə artım müşahidə olunur.

Yeri gəlmişkən, Azərbaycanın əmək bazarında apardığı islahatlar Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib".

Fuad Mədətov
Finss.az