BİZNES

13 Fevral

ƏDV ödəyicilərinin sayı 3 dəfə artıb - DVX-nin rəisi

Aktiv vergi ödəyicilərinin sayına baxsaq, bu göstərici 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 800 mini keçib.

Finss.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.

Onun sözlərinə görə, iqtisadi sistem üçün əhəmiyyətli hesab etdiyimiz kateqoriya, yəni ƏDV ödəyicilərinin sayı 52,8 min təşkil edir və burada da 3 dəfəyə yaxına artım var.

Fuad Mədətov
Finss.az