Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.
Fins.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.
N.İmanov investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində bir sıra mühüm addımlar atılmaqdadır.
Bu addımlardan biri torpaq sahələri üzrə icarənin ƏDV-yə cəlb edilməməsidir. Hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqı artıq ƏDV-dən azad ediləcək. Eyni zamanda, Vergi Məcəlləsinin normaları ilə ƏDV-nin vergitutma obyekti arasında uzlaşdırma işləri aparılır.
Fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edildiyi üçün icarə haqqı ƏDV-yə cəlb edilmir. Bu islahat sahibkarlar üçün vergi yükünü azaltmaq və investisiyaları təşviq etmək məqsədi güdür.