BİZNES

13 Fevral

Bu ilin yanvarında Azərbaycanda 2,3 milyon ton neft hasil edilib

2025-ci ilin yanvar ayında Azərbaycanın neft və qaz hasilatına dair statistikalar açıqlanıb.

Finss.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşımında məlumat verib.

Bu dövr ərzində 2,3 milyon ton neft-kondensat hasil olunub, bunlardan 2 milyon ton isə ixraca yönəldilib. Eyni zamanda, 3,9 milyard kubmetr qaz hasil edilib və bu qazın 2 milyard kubmetri ixrac olunub.

P.Şahbazov qeyd edib ki, qaz ixracı 2025-ci ilin yanvar ayında artan bir temp ilə davam edir və ölkənin enerji ixracı sahəsindəki müsbət göstəriciləri göstərir.

Fuad Mədətov
Finss.az