2025-ci ilin yanvar ayında Azərbaycandan Avropaya təxminən 1 milyard kubmetr qaz ixrac olunub.
Finss.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşımında məlumat verib.
Qaz ixracının əsas istiqamətləri arasında Türkiyə və Gürcüstan da yer alıb. Ötən ay Türkiyəyə 0,7 milyard kubmetr, Gürcüstana isə 0,3 milyard kubmetr qaz ixrac edilib. Eyni zamanda, TANAP vasitəsilə Türkiyəyə 0,5 milyard kubmetr qaz nəql olunub.
Fuad Mədətov
Finss.az