BİZNES

26 Noyabr

Naxçıvanda divident gəlirləri 10 il müddətinə vergidən azad ediləcək

Naxçıvanda sahibkarlara bir sıra vergi güzəştlərinin tətbiq edilməsi təklif edilib. Bu təkliflər Naxçıvan MR Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasov tərəfindən açıqlanıb.

Fins.az, Vüqar Abbasovun açıqlamalarına istinadən xəbər verir ki, Naxçıvanda qeydiyyatda olan hüquqi şəxslərin səhmdarları və payçılarının divident gəlirləri 2025-ci ildən etibarən 10 il müddətinə vergidən azad ediləcək. Bundan əlavə, dövlət satınalmalarında Naxçıvanda qeydiyyatda olan şirkətlərə üstünlük verilməsi, Sahibkarlığın İnkişafı Fondunun biznes kreditlərində Naxçıvan Muxtar Respublikasına xüsusi kvotanın ayrılması təklif olunur.

Sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə, Naxçıvanda işçilərin məcburi sosial sığorta haqqı subsidiyalaşdırılacaq və əmək haqlarının müştərək maliyyələşməsi ilə əhalinin məşğulluğunun artırılması nəzərdə tutulur. Qeyd edək ki, ötən il Naxçıvan, Sahibkarlığın İnkişafı Fondundan ən az vəsait alan region olub.