2021-2023-cü illərdə Vergi Məcəlləsinə 206 dəyişiklik edilib.
Fins.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, qeyd olunan illər ərzində Vergi Məcəlləsində ümumilikdə 206 dəyişiklik edilib. Bu dəyişikliklərdən:
- 82 dəyişiklik, inzibatçılığın təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə mövqeyin qorunması məqsədilə həyata keçirilib.
- 76 dəyişiklik, vergi yükünün optimallaşdırılması və sosial xarakterli məsələlərə yönəlmişdir.
- 48 dəyişiklik isə vergi tutma bazasının genişləndirilməsi və kölgə iqtisadiyyatı ilə mübarizə məqsədini güdür.
Tədbir, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil edilir və son illər ərzində edilən vergi qanunvericiliyindəki dəyişikliklər, gələcək il üçün planlaşdırılan yeniliklər müzakirə edilir. Tədbirdə Dövlət Vergi Xidmətinin rəhbərliyi və müxtəlif ekspertlər iştirak edir.