BİZNES

26 Noyabr

Sahibkarların vergi intizamı müsbət qiymətləndirilib

Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bildirib ki, 2024-cü ilin 9 ayının nəticələrinə əsasən, vergi daxilolmalarının 94%-dən çoxu sahibkarların könüllü əməliyyatları nəticəsində həyata keçirilib.

Fins.az, rəis müavininin açıqlamalarına istinadən xəbər verir ki,dövlət büdcəsinin fiskal yığımlarının 80%-i DVX tərəfindən təmin olunub. Bu daxilolmalar vergilərdən əlavə, sosial sığorta, icbari sığorta, işsizlikdən sığorta və digər ödənişləri əhatə edir.

Musayeva sahibkarların vergi əməliyyatlarının intizamının artması ilə bağlı bu müsbət nəticənin əldə olunduğunu vurğulayıb.