Energetika Nazirliyinin həftəlik hesabatında ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 4,07 milyon barel artaraq 427,86 milyon barrelə çatıb.
Finss.az xəbər verir ki, benzin ehtiyatları 3,04 milyon barel azalaraq 248,05 milyon barelə düşüb.
Kommersiya distillə ehtiyatları 135 min barel artaraq 118,62 milyon barrelə çatıb.
Mütəxəssislər neft ehtiyatlarının 2,31 milyon barel, benzin ehtiyatlarının 1,21 milyon barel artacağını və distillə ehtiyatlarının 2,25 milyon barel azalacağını gözləyirdilər.