Çərşənbə günü ABŞ-ın rəsmi inventar məlumatları açıqlandıqdan sonra neft qiymətləri düşməyə davam etdi.
Finss.az xəbər verir ki, Moskva vaxtı ilə saat 18:39-da Londonun ICE Futures birjasında Brent markalı aprel fyuçersləri 1,04 dollar (1,35%) ucuzlaşaraq bir barel üçün 75,96 dollar olub.
Bu vaxta qədər NYMEX birjasında WTI markalı mart fyuçersləri 1,15 dollar (1,57%) ucuzlaşaraq 72,17 dollar/barelə bərabər olub.