Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, parlamentin plenar iclasında çıxış edərək, 2024-cü ilin doqquz ayında korporativ qiymətli kağızlar üzrə ticarət dövriyyəsinin 62 faiz artaraq 2,8 milyard manata çatdığını bildirib. O, həmçinin, Azərbaycan Beynəlxalq Bankının səhmlərinin kütləvi təklif üsulu ilə uğurla yerləşdirilməsini ölkənin kapital bazarları tarixində mühüm bir hadisə kimi vurğulayıb. Taleh Kazımov, ölkədə nağdsız ödənişlərin artımına da toxunaraq, 2024-cü ilin ilk doqquz ayında ödəniş kartları ilə həyata keçirilən nağdsız əməliyyatların həcminin 68,4 faiz artaraq 56 milyard manata çatdığını qeyd edib.
Zemfira Ms
Fins.az