BİZNES

11 Fevral

Azərbaycanda metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 8,9% artıb

2024-cü il ərzində Azərbaycanda metallurgiya sənayesi üzrə 352,4 min ton polad tökmə istehsal olunub.

Finss.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, 2023-cü ilin göstəricisi ilə müqayisədə polad tökmə istehsal həcmi 8,9 faiz artaraq 352,4 min ton təşkil edib. Bu, 2023-cü ildə istehsal olunan 323,5 min ton ilə müqayisədə 28,9 min ton artım deməkdir.

Cari ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı isə 1,4 min ton olub.

Fuad Mədətov
Finss.az