Yapon kosmetika istehsalçısı Shiseido, əsas bazarı olan Çində istehlak xərclərinin azalması fonunda 2024-cü il üçün əməliyyat mənfəətini kəskin şəkildə azaldıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Finss.az xəbər verir ki, 2024-cü ildə şirkətin əməliyyat mənfəəti bir il əvvəlki 28,13 milyard yendən 7,59 milyard yen (49,9 milyon dollar) təşkil edib.
"Çinin kosmetika bazarı, iqtisadi əhval-ruhiyyənin pisləşməsi fonunda aşağı istehlak xərcləri və artan əmanətlər hesabına uzunmüddətli tənəzzüldən əziyyət çəkir".
Müqayisəli əsasda şirkətin Çində satışları hesabat ilində 4,6% azalıb. Yaponiyada isə bu rəqəm 10% artıb.
2025-ci ildə Shiseido 36,5 milyard yen əməliyyat mənfəəti barədə hesabat verməyi gözləyir.
Son 12 ayda şirkətin bazar kapitallaşması 42% azalıb.