Dünya İnkişaf Hesabatının təqdimatı Dünya Bankının apardığı geniş və dərin araşdırmaların nəticəsidir. 30 il ərzində Azərbaycan sıfırdan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyi bacarıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Dünya inkişafı haqqında hesabat”ın təqdimatı zamanı bildirib.
O, əlavə edib ki, Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasında yer alır.
"Bu, qısa müddət ərzində əldə edilmiş möhtəşəm bir nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-ci ildə Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın əsas tərəfdaşı olub və o, səhiyyə, kənd təsərrüfatı sahələrində həyata keçirilən layihələrdə yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq", - deyə Ş.Mövsümov