BİZNES

10 Fevral

Kaz Minerals 2024-cü ildə rəngli metal istehsalını 5,8% azaldıb

Finss.az - Qazaxıstan və Qırğızıstanda metal hasilatı ilə məşğul olan aparıcı şirkət Kaz Minerals 2024-cü ildə mis istehsalını 5,8% azaldaraq 379,9 min tona endirib.

Şirkətin verdiyi məlumata görə, hesabat dövründə mis satışları 387 min ton təşkil edib.

Digər metalların istehsalında da azalma qeydə alınıb. Belə ki, sink istehsalı 16,7% azalaraq 42,8 min ton, qızıl istehsalı 10% azalaraq 145,8 min unsiya, gümüş istehsalı isə 7% azalaraq 3,728 milyon unsiya olub.

Şirkət hasilatdakı azalmanın səbəbləri barədə ətraflı məlumat verməyib. Bununla belə, qlobal bazarlarda metal qiymətlərindəki dalğalanmalar və hasilat prosesindəki mümkün çətinliklər təsir edən amillər arasında göstərilir.