BİZNES

07 Fevral

Azərbaycanın Niderland ilə ticarət dövriyyəsi 58,2% artıb

2024-cü il ərzində Azərbaycanın Niderland ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 58,2 faiz artaraq 248,7 milyon dolları üstələyib.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycandan Niderlanda 149,9 milyon dollar (+3,4 dəfə) dəyərində ixrac, Niderlanddan Azərbaycana 98,7 milyon dollar (-12,6 faiz) dəyərində idxal olunub.

2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Niderland ilə ticarətin payı 0,52 faiz təşkil edir.

Fuad Mədətov
Finss.az