Fins.az - Avropada akkumulyator istehsalçısı olan Northvolt iflasını elan edib.
Şirkətin 5,8 milyard dollar dəyərində borcu var. Bir neçə ay ərzində Northvolt, Avropada ən yaxşı elektrikli avtomobillər üçün akkumulyator istehsalçısından, həyatını davam etdirmək üçün mübarizə aparan bir şirkətə çevrilib.
İstehsalat problemləri, müştəri itkiləri və kifayət qədər maliyyələşdirmənin olmaması şirkəti zəiflədən amillərdir. Həmçinin, Çin tərəfindən gələn rəqabət hələ də güclüdür, çünki dünya üzrə akkumulyator istehsalının 85%-i Çin payına düşür. Elektrikli avtomobillər üçün akkumulyatorların istehsalı, Şvetsiyanın şimalında, Şellefteo şəhərində həyata keçirilir. Məlum olub ki, Northvolt-un ən böyük müştərisi və səhmdarı olan yük maşınları istehsalçısı Scania, şirkəti maliyyə baxımından dəstəkləyəcək.