Finss.az - Fransız kosmetika istehsalçısı L'Oreal SA 2024-cü ildə bütün əsas maliyyə göstəricilərində artım əldə edib.
Şirkətin illik xalis gəliri 3,6% artaraq 6,409 milyard avroya çatıb. Eyni zamanda, əməliyyat gəliri 6,7% artaraq 8,688 milyard avro olub.
L'Oreal-in ümumi satışları 5,6% artaraq 43,487 milyard avroya yüksəlib. Müqayisəli satışlar isə 5,1% artıb. Lakin dördüncü rübdə müqayisəli satış artımı 2,5% təşkil edərək analitiklərin gözlədiyi 3,9%-lik artımı aşa bilməyib.
Şirkətin müxtəlif bölmələri də müsbət nəticələr göstərib. Peşəkar kosmetika bölməsi 5% artaraq 4,886 milyard avro, lüks kosmetik məhsullar üzrə ixtisaslaşan L'Oreal Luxe bölməsi isə 4,5% artaraq 15,591 milyard avro gəlir əldə edib. Dermatological Beauty bölməsi, dərman kosmetikası sahəsindəki artımı ilə 9,3% artaraq 7,027 milyard avro qazanc əldə edib. İstehlak mallarının satışı isə 5,3% artaraq 15,591 milyard avroya çatıb.
Regional satışlarda Avropa 9,3% artımla 14,2 milyard avro gəlir əldə edib, Şimali Amerika isə 5,9% artaraq 11,8 milyard avroya yüksəlib. Lakin Şimali Asiya bölgəsində, o cümlədən Çin, gəlirlər 3,4% azalıb və 10,3 milyard avroya enib.
L'Oreal rəhbərliyi şirkətin səhmdarlarına 6,1% artımla, 1 səhmdar başına 7 avro dividend ödəniləcəyini açıqlayıb.
Bununla yanaşı, L'Oreal-in kapitalizasiyası 22%-dən çox azalıb və 188 milyard avroya düşüb. Bu müddət ərzində CAC 40 indeksi 4,5% artım göstərib.