IKT

03 Fevral

Deepseek və ChatGPT arasındakı fərq böyüyür

Finss.az - Çinli Deepseek süni intellektli chatbot istifadəçi sayında əhəmiyyətli artım əldə etsə də, hələ də bazarın lideri olan ChatGPT-dən geridə qalır.

24 yanvar tarixində Deepseek-ə gündə 6,2 milyon ziyarət edilib, amma ChatGPT-nin həmin gün 117,5 milyon ziyarətçisi olub. Mobil cihazlarda bu fərq daha da böyüyür. ChatGPT-nin ödənişli abunəçiləri 2024-cü ildə 15,5 milyon nəfərə çatıb və illik gəliri 4 milyard dollara yaxınlaşır. OpenAI, daha çox pulsuz istifadəçini ödənişli müştərilərə çevirməyi planlaşdırır və ChatGPT Pro-nu 200 dollara təqdim edib.