Azərbaycanda fəaliyyət göstərən bütün banklar 2024-cü ilin 4-cü rübünün yekunu üzrə maliyyə göstəricilərini açıqlayıblar.
Finss.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirlərinin həcminə görə renkinq siyahısında “Kapital Bank” ASC 624,651 min manatla ən yüksək nəticə göstərən bank olub.
İkinci ən yüksək nəticə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də 340,181 min manat, üçüncü ən yüksək nəticə isə “PAŞA Bank” ASC-də 251,215 min manat qeydə alınıb.
Siyahıda sonuncu yerdə Melli İran Bankı Bakı filialı 26 min manatla qərarlaşıb.
Finss.az 2024-cü ilin 4-cü rübün bankların qeyri-faiz gəlirlərinin həcminə görə renkinqini təqdim edir:

Fuad Mədətov
Finss.az