BİZNES

18 Noyabr

Azərbaycanda 21 müəssisə və obyekt özəlləşdirilib - Səməd Bəşirli

47 müəssisə və obyektin özəlləşdirilməsi çərçivəsində 21 müəssisə və obyekt artıq özəlləşdirilib. Qalan müəssisə və obyektlərin özəlləşdirilməsi, investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib.

Nazir müavini əlavə edib ki, "Dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi haqqında" yeni qanun layihəsi hazırlanaraq, razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib.