COP29 çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşdə enerji təhlükəsizliyi və əməkdaşlıq perspektivləri müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Dr. Əbdülhəmid Əlxəlifə ilə görüşüb.
Fins.az xəbər verir ki, tərəflər qarşılıqlı əlaqələrin təşviqi, bərpa olunan enerji və özəl sektorun maliyyələşdirilməsinə dair layihələr çərçivəsində birgə fəaliyyət barədə fikir mübadiləsi aparıblar.
Görüşdə iqlim fəaliyyətində enerjinin inklüziv şərtlər əsasında keçidinin vacibliyi vurğulanıb, davamlı inkişaf, enerji təhlükəsizliyi, iqtisadi şaxələnmə istiqamətində prioritetlər və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Zemfira Ms
Fins.az