“Meyvəli Qrup” MMC statistik məlumatların verilməsi qaydalarını pozduğu üçün cərimələnib.
Fins.az xəbər verir ki, müvafiq qurum şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib. Bu protokol Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib və şirkətə inzibati tənbeh olaraq cərimə tətbiq edilib.
“Meyvəli Qrup” MMC meyvə-tərəvəzlərin topdan və pərakəndə satışını həyata keçirir.