Fins.az - ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra İlon Maskın sərvəti 20,9 milyard dollar artaraq 285,6 milyard dollara çatıb.
Forbes-in Real-Time Billionaires siyahısında Maskın sərvətindəki bu artım siyasi hadisələrin qlobal bazarlara təsirini göstərir.
Trampın biznesə dəstək yönümlü siyasətinə müsbət reaksiya verən Tesla səhmləri təxminən 15% bahalaşıb. Analitiklər, Trampın rəhbərliyi altında Tesla-nın, xüsusilə də Çin idxalına tətbiq ediləcək tariflər fonunda rəqabət üstünlüyü qazanacağını qeyd edirlər.