BİZNES

07 Noyabr

Türkiyədən Özbəkistana tekstil məhsulları ixracı azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Özbəkistana tekstil məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azalaraq 109,8 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, bu ilin oktyabr ayında Türkiyə Özbəkistana 12,3 milyon dollar dəyərində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 18,6 faiz artım deməkdir.

Eyni zamanda, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin ümumi tekstil ixracatı, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 7,8 milyard dollara enib. Oktyabr ayında isə Türkiyə 842 milyon dollar dəyərində tekstil ixrac edib ki, bu da keçən ilin oktyabr ayına nisbətən 0,4 faiz çoxdur.

Nazirliyin məlumatına görə, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə ümumilikdə 9 milyard 426 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az