BİZNES

07 Noyabr

“Caspian Services Group” MMC məcburi auditdən yayındığına görə cərimələnib

Ağır tikinti və kənd təsərrüfatı texnikalarının, xüsusi avadanlıqların satışı və icarəsi ilə məşğul olan “Caspian Services Group” MMC məcburi auditdən yayınma səbəbindən cərimələnib.

Fins.az xəbər verir ki, Maliyyə Nazirliyi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Protokol daha sonra baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə MMC ilə bağlı müraciətə hakim Zaur Hacıyevin sədrliyi ilə baxılıb və şirkətə inzibati tənbeh olaraq cərimə tətbiq edilib.

Qeyd edək ki, məcburi auditdən yayınmaya görə, vəzifəli şəxslərə 300-600 manat, hüquqi şəxslərə isə 1500-2500 manat məbləğində cərimə nəzərdə tutulub.