BİZNES

07 Noyabr

Naxçıvanda mənşə sertifikatı verilməsi artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 318 mənşə sertifikatı verib.

Fins.az xəbər verir ki, bu barədə Naxçıvanın İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 % çoxdur.

10 ay ərzində mənşə sertifikatlarının 231-i "CT-1" formalı, 82-i “Ümumi” formalı, 2-si isə A formalı olub.

Fuad Mədətov
Fins.az