“Competo” Məhdud Məsuliyyətli Cəmiyyəti, geniş profilli İT və biznes həlləri təqdim edərək müştərilərinə məsafədən biznes imkanı yaradır.
Fins.az xəbər verir ki, şirkət, müasir dövrün tələblərinə uyğun olaraq, məsafədən xidmət kanallarında rəqəmsal məhsul və xidmətlərin tətbiqini həyata keçirir.
Saytlar, internet və mobil xidmətlər vasitəsilə müştərilərin cəlb olunması, satış və xidmət proseslərini optimallaşdıran “Competo”, müştərilərinə daha rahat və effektiv xidmət təqdim edir. Rəqəmsal kanalların istifadəsi, müştəri münasibətlərini gücləndirərək, bizneslərin bazar dinamikasına sürətli uyğunlaşmasına imkan tanıyır.
“Competo”nun innovativ yanaşması, müştərilərə 24/7 xidmət imkanı tanımaqla, satışları artırır və müştəri məmnuniyyətini yüksəldir. Rəqəmsal dünyada uğurlu olmaq istəyən bizneslər üçün “Competo” MMC, ən müasir həlləri təqdim edərək, onları irəliləməyə dəvət edir.
Fuad Mədətov
Fins.az