BİZNES

01 Noyabr

Yüksək möhkəmlikli betonlar üçün ideal seçim: KLASS L500 Sement

Norm Sement zavodu, tikinti sahəsindəki müştəri tələblərinə cavab verən yeni məhsulunu təqdim edir: KLASS L500 CEM II/A-L 42.5R.

Fins.az xəbər verir ki, bu əhəngdaşı əlavəli Portland sement, yüksək ilkin və son möhkəmlikli betonların istehsalı üçün ideal bir seçimdir.

KLASS L500 sementinin istifadəsi aşağıdakı sahələrdə geniş yayılıb:

  • Yüksək möhkəmlikli beton bloklar
  • Dekorativ, rəngli yer və qazon daşları
  • Bordürlər
  • Sement əsaslı müxtəlif növ hörgü daşları
  • Hər növ beton məmulatları

Məhsulun bir sıra üstünlükləri vardır:

  • Yüksək ilkin və son möhkəmlik
  • İşlərin tez başa çatdırılması, vaxt və vəsaitə qənaət
  • Portland sementin tətbiqinin yararlı olduğu bütün sahələrdə istifadə imkanı
  • Açıq rəngli beton istehsalında istifadə üçün əlverişlidir

KLASS L500 sementinin əsas kimyəvi və fiziki xüsusiyyətləri aşağıdakı kimidir:

  • SO3 (%): < 3.4
  • Cl (%): < 0.03
  • 2 günlük möhkəmlik (MPa): > 30.0
  • 7 günlük möhkəmlik (MPa): > 43.0
  • 28 günlük möhkəmlik (MPa): > 55.0
  • Tutma vaxtının başlanğıcı (dəq): > 160
  • Həcmi genişlənmə (mm): 0-1

Məhsul 40 kq kisələrdə təqdim olunur.

Norm Sement zavodu, sement istehsalında keyfiyyət və etibarlılığı ilə tanınır. KLASS L500 sementi, mükəmməl performans təqdim edərək, tikinti işlərində müştərilərə effektiv həllər təmin edir. Bu yeni məhsul, inşaat sektorunun tələblərinə cavab verməklə yanaşı, layihələrin uğurla həyata keçirilməsinə dəstək verir.

Fuad Mədətov
Fins.az