"Hermes Finance" ASC yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta (nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) üzrə cərimə oluna bilər.
Fins.az-ın məlumatına görə, inzibati xəta ilə bağlı protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi əsasında irəli sürülüb. Bu maddəyə görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan, eləcə də dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu daxil olduğu vaxtdan 5 gün ərzində verilməməsi nəticəsində, vəzifəli şəxslərə 150 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq edilir.
Bu iş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoy tərəfindən araşdırılacaq.
Fuad Mədətov
Fins.az