Fins.az - OpenAI, süni intellektli ChatGPT-də yeni "SearchGPT" axtarış motoru funksiyasını təqdim etdi. Bu yeni xüsusiyyət sayəsində istifadəçilər, artıq daha effektiv və sürətli şəkildə vebdə axtarış edə biləcəklər.
Açıqlamada bildirildi ki, əvvəllər sürətli cavablar əldə etmək üçün axtarış motorlarına müraciət etməli idilər. İndi isə, müvafiq mənbələrə bağlantılarla birlikdə daha dəqiq nəticələr ChatGPT vasitəsilə əldə edilə biləcək. İstifadəçilər, axtarış simgesinə tıklayaraq manual axtarış etməyi də seçə bilərlər.
Yeni axtarış funksiyası, yalnız chatgpt.com saytında deyil, həm də masaüstü və mobil tətbiqlərdə də istifadə oluna biləcək. Bütün ChatGPT Plus və Team istifadəçiləri, eləcə də SearchGPT gözləmə siyahısı istifadəçiləri, bu gün yeni xüsusiyyətə daxil ola bilərlər. Gələcək aylarda isə, "SearchGPT" pulsuz versiya istifadəçilərinə də təqdim ediləcək.
Bundan əlavə, hava durumu, borsa, idman, xəbərlər və xəritələr kimi kateqoriyalar üzrə güncəllik və vizuallar təqdim etmək məqsədilə müxtəlif xəbər və məlumat təminatçıları ilə əməkdaşlıq edilib. Bu da deməkdir ki, ChatGPT söhbətləri artıq etibarlı mənbələrə bağlantılar da daxil edəcək.