BİZNES

31 Oktyabr

Bu sahibkarlar cəzalandı

Fins.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin yalnız POS-terminal vasitəsilə həyata keçirilməsi məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir. Bu tədbirlərin nəticəsində 70 obyektdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etməyə təşviq olunduğu aşkar edilib.

Həmin sahibkarlıq subyektlərinə qarşı protokollar tərtib olunmuş və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilmişdir. Dövlət Vergi Xidməti, nağdsız ödənişlərin yalnız POS-terminal vasitəsilə həyata keçirilməsinin vacibliyini bir daha vurğulayır. Bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, POS-terminalların quraşdırılması və "Elektron ticarət haqqında" Qanun çərçivəsində istehlakçıların elektron ödəniş etmə imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələridir. Dövlət Vergi Xidməti bu qaydalara riayət olunmasını təmin etmək məqsədilə fəaliyyətini davam etdirir.