Fins.az - “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin edilib.
Yeni təyin edilən direktor Fuad Ramazanov Səfər oğludur. Ona qədər bu vəzifədə Rizvan Baxşiyev idi.
Fuad Ramazanov kimdir?
27 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub.
1996-2000 -ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İqtisadi mühəndislik, Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə ixtisası üzrə təhsil alıb.
2001-ci ildən yerli və beynəlxalq şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə işləyib.
2004-2008-ci illərdə “British Standards Institution” MMC-də maliyyə, təchizat və logistika üzrə rəhbər vəzifələrdə çalışıb.
2008-2017-ci illərdə Rusiya Federasiyasının tikinti şirkətlərində mühasib, baş mühasib və rəhbər vəzifələri icra edib.
2018-2021-ci illərdə “AzerGold” QSC-də Daxili nəzarət şöbəsinin müdiri, 2021-2022-ci illərdə Təmir-tikinti və energetika şöbəsinin müdiri, 2022-2024-cü illərdə yenidən Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
2024-cü ilin aprel ayından etibarən “AzerBlast” MMC-də İcraçı direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Cəmiyyət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.Ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə və 49 faizi isə “DM Servis” MMC-yə məxsus olmaqla Cəmiyyətin iki təsisçisi mövcuddur.