"KİA Motors.az” MMC ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarına riayət etməmə ilə bağlı inzibati xəta üzrə məhkəməyə verilib.
Fins.az xəbər verir ki, şirkət haqqında İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi əsasında protokol tərtib olunub. Bu maddəyə əsasən, müəssisənin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması və ya ekoloji təhlükə yarada biləcək fəaliyyətin monitorinqinin edilməməsi hallarında vəzifəli şəxslər 2 500 - 3 500 manat, hüquqi şəxslər isə 8 500 - 10 000 manat məbləğində cərimə edilir.
Məhkəmə işi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində hakim Anar Rzayevin icraatına verilib.
Fuad Mədətov
Fins.az