BİZNES

31 Oktyabr

Yaşıl hidrogenin istehsalı ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanır

“Masdar Azerbaijan” şirkəti SOCAR-la birgə və beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda yaşıl hidrogenin istifadəsi və istehsalının texniki-iqtisadi əsaslandırmasını hazırlayır.

Bu barədə “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıqov məlumat verib.

Onun sözlərinə görə, bu texnologiya Azərbaycana faydalı ola bilər: “Əgər araşdırmalar göstərsə ki, bu növ yanacağın Azərbaycanda istehsalı sərfəlidir və müvafiq qərar qəbul olunsa, o zaman layihənin icrasına start verilə bilər”.