BİZNES

31 Oktyabr

“Zirvə Karqo” ASC məhkəməyə verilib

“Zirvə Karqo” ASC gömrük qaydaları əleyhinə olan inzibati xəta səbəbindən məhkəməyə verilib.

Fins.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın icraatındadır.

Fuad Mədətov
Fins.az