"Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” MMC statistik məlumatların verilməsi qaydalarını pozduğu üçün inzibati cərimə ilə üzləşə bilər.oluna bilər
Fins.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə protokol tərtib edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsi, vaxtında təqdim edilməməsi və ya hesabatların təhrif edilməsi hallarında 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.
İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranov tərəfindən araşdırılacaq.