Norm Sement zavodu, müasir tikinti sahəsindəki tələblərə cavab verən yeni məhsulu təqdim edir: KLASS B CEM II/B-L 32,5R.
Fins.az xəbər verir ki, bu əhəng daşı əlavəli Portland sement, sukeçirməz döşəməaltı qatlar və hörgü-suvaq işləri üçün nəzərdə tutulub.
KLASS B sementinin istifadəsi aşağıdakı sahələri əhatə edir:
- Daxili suvaq
- Xarici suvaq
- Arakəsmə hörgüsü
- Daş divar hörgüsü
- Döşəməaltı qat
Məhsulun bir sıra üstünlükləri vardır:
- Yüksək axarlılıq
- Rahat yayılma
- Asan istifadə
- Vaxt və vəsaitə qənaət
KLASS B sementinin əsas kimyəvi və fiziki xüsusiyyətləri aşağıdakı kimidir:
- SO3 (%): < 3.0
- Cl (%): < 0.03
- 2 günlük möhkəmlik (MPa): > 15.0
- 7 günlük möhkəmlik (MPa): > 25.0
- 28 günlük möhkəmlik (MPa): > 35.0
- Tutma vaxtının başlanğıcı (dəq): > 160
- Həcmi genişlənmə (mm): 0-1
Məhsul 40 kq kisələrdə təqdim olunur.
Norm Sement zavodu, sement istehsalında mütəxəssisdir və sektorda keyfiyyətli məhsul təqdim etməyi hədəfləyir. Bu yeni sement, tikinti işlərinin keyfiyyətini artıraraq, müştərilərə effektiv və etibarlı həllər təqdim edir.
Fuad Mədətov
Fins.az