BİZNES

17 Oktyabr

Beton konstruksiyaları üçün ideal seçim: KLASS A400

Norm Sement zavodu, Cənubi Qafqazın ən iri sement istehsalçısı olaraq, inşaat sektoruna yenilikçi bir məhsul təqdim edir: KLASS A400 CEM II/A-L 32,5R.

Fins.az xəbər verir ki, bu pussolan əlavəli portland sement, orta möhkəmlikli betonlar üçün mükəmməl bir seçimdir.

KLASS A400 sementinin istifadəsi genişdir və aşağıdakı sahələrdə tətbiq olunur:

  • Azmərtəbəli binaların beton konstruksiyaları
  • Yığma beton elementləri və məmulatları
  • Daxili və xarici suvaq
  • Bünövrə betonu
  • Yüksək ilkin möhkəmlik tələb olunan beton konstruksiyalar
  • Adi və qabaqcadan gərginləşdirilmiş dəmir-beton məmulatları

Məhsulun özəllikləri arasında aşağıdakılar var:

  • Yüksək dayanıqlıq
  • Yüksək möhkəmlik
  • Sukeçirməzlik qabiliyyətinin artırılması
  • Möhkəm yapışma xüsusiyyəti

KLASS A400 sementinin əsas kimyəvi və fiziki xüsusiyyətləri aşağıdakı kimi müəyyən edilmişdir:

  • SO3 (%): < 3.0
  • Cl (%): < 0.03
  • 2 günlük möhkəmlik (MPa): > 23.0
  • 7 günlük möhkəmlik (MPa): > 35.0
  • 28 günlük möhkəmlik (MPa): > 45.0
  • Tutma vaxtının başlanğıcı (dəq): > 170
  • Həcmi genişlənmə (mm): 0-1

Məhsul 40 kq kisələrdə təqdim olunur.

Norm Sement zavodu, gündə 5300 ton klinker istehsal etməklə ildə 2,1 milyon ton sement istehsal etmə qabiliyyətinə malikdir. Norm ASC, NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibindədir və enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

Fuad Mədətov
Fins.az