BİZNES

16 Oktyabr

Vergi ödəyiciləri üçün daha bir videotəlimat hazırlanıb

Fins.az xəbər verir ki, Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış növbəti videotəlimatda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatdan çıxarılması ərizəsinin istifadəçi tərəfindən tərtib olunması və göndərilməsi prosesi əks etdirilir.

Vergi ödəyiciləri və onların səlahiyyətli nümayəndələri gücləndirilmiş elektron imzalar vasitəsilə İnternet Vergi İdarəsinin www.new.e-taxes.gov.az portalındakı elektron kabinetə daxil olmaqla müvafiq ərizəni asanlıqla tərtib edə və göndərə bilərlər.

Zemfira Ms
Fins.az