BİZNES

14 Oktyabr

İdxal edilən bioloji aktiv qida məhsulunda qanunsuz tərkib müəyyən olundu

Azərbaycanda Türkiyədən idxal olunan “Leopard, kapsul №10” adlı bioloji aktiv qida məhsulunun partiyasında uyğunsuzluq aşkar edilib.

Fins.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, xəbər verir ki, “Buğur” MMC-nin məhsulundan götürülən nümunələrdə “Tadalafil” və “Sildenafil” maddələri müəyyən edilib. Bu maddələr qida məhsulunda olmamalıdır.

Məsələ ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Həmçinin, uyğunsuzluğun aradan qaldırılması üçün Türkiyə Respublikasının müvafiq dövlət qurumuna rəsmi məktub göndərilib. Bu hallar istehlakçıların təhlükəsizliyini təmin etmək məqsədilə ciddi nəzarət tədbirlərinin zəruriliyini bir daha göstərir.