BİZNES

14 Oktyabr

İnsan resursları sahəsində məlumatlandırma işləri aparılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində insan resurslarının inkişafı, kadr potensialının artırılması, ədalətli və rəqabətli əməkhaqqı sisteminin qurulması, əməkdaşların məmnuniyyətinin təmin olunması məqsədilə bir sıra layihələr və motivasiya tədbirləri davam etdirilir.

Fins.az xəbər verir ki, bu çərçivədə İnsan resursları baş idarəsinin rəhbər vəzifəli şəxsləri tərəfindən bütün vergi orqanlarını əhatə edən görüşlər keçirilib, normativ sənədlərdə edilən dəyişikliklər, icra olunan müvafiq layihələr və cari proseslər haqqında şəxsi heyətin məlumatlandırılması aparılıb.

Görüşlərdə həyata keçirilən “Karyera Yolu”, “Vəzifə Dərəcələndirməsi”, “Vəzifə Təlimatları” layihələri, fəaliyyətin qiymətləndirilməsi, təlim imkanları və digər insan resursları sahəsinə aid məsələlər haqqında əməkdaşlara ətraflı məlumat verilib, onların fikirləri dinlənilib və sualları cavablandırılıb.
 

Zemfira Ms
Fins.az