Belarus Ticarət və Sənaye Palatası Azərbaycan sahibkarlarını Belarus şirkətləri ilə əməkdaşlığa dəvət edir.
Fins.az, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına istinadən xəbər verir ki, Palata tərəfindən potensial tərəfdaşlar üçün Etibarlı Tərəfdaşlar Reyestri və "Belarus İxracatçıları" kataloqu hazırlanıb.
Hazırda reyestrə 300-dən çox ixracyönümlü Belarus şirkəti daxildir. Reyestr ilə Palatanın rəsmi səhifəsindən (//u.to/6zj0IA) tanış olmaq olar.
"Belarus İxracatçıları" kataloqu (//u.to/5jj0IA) 2700-ə yaxın şirkətlə əməkdaşlıq imkanları və perspektivləri haqqında ümumi məlumat təqdim edir.
Zemfira Ms
Fins.az