Çin hökuməti, maliyyə sisteminin böhranını önləmək məqsədilə 1990-cı illərin sonundan bəri ilk dəfə böyük banklara təcili dövlət vəsaitləri köçürəcək.
Fins.az xəbər verir ki, bu məqsədlə xüsusi xəzinə istiqrazları buraxılacaq.
Maliyyə naziri Lan Foan konkret məbləği açıqlamasa da, bazarda köçürmələrin 2 trilyon yuan (283 milyard dollar) olacağı gözlənilir.
Bu addım, bankların tikinti-rieltor sektorundakı böhran və zəif işgüzar konyunktura səbəbindən ciddi vəsait çatışmazlığı ilə üzləşdiyi bir dövrdə atılır.
Zemfira Ms
Fins.az