BİZNES

10 Oktyabr

Milyonlarla dəyərində olan müqavilə imzalanıb

"InMerge" İnnovasiya Sammiti çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PASHA Innovation" və Türkiyənin "DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret" şirkəti tərəfindən 4 milyon dollar dəyərində "InMerge" vençur fondunun yaradılması üzrə Birgə İştirak Müqaviləsi imzalanıb.

Fins.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bu məlumatı paylaşaraq qeyd edib ki, fondun fəaliyyəti Qafqaz, Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrika regionlarında startaplara kapital qoyuluşunu təmin etməklə inkişaf edən ölkələrdə iqtisadi artıma töhfə verəcək.

Zemfira Ms
Fins.az