"Bolluq LTD" şirkəti gömrük qaydaları əleyhinə inzibati xəta səbəbindən məhkəməyə verilib.
Fins.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi ilə iddia irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə min beş yüz manat cərimə edilir.
Bu işə Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimova tərəfindən baxılacaq. Məhkəmə prosesi şirkətin gömrük qaydalarına riayət etməsi və cəzalandırılması ilə bağlı əhəmiyyətli qərar verəcək.
Fuad Mədətov
Fins.az