BİZNES

07 Oktyabr

Dövlət Xidməti “İstehlakçı hüquqları” mövzusunda fotomüsabiqə keçirir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən keçirilən “İstehlakçı hüquqları” mövzusunda fotomüsabiqə davam edir.

Fins.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün fotolar 31 oktyabr 2024-cü il tarixinədək [email protected] email ünvanına göndərilməlidir.

Müsabiqə iştirakçıları aşağıdakı şərtlərə əməl etməlidirlər:

  • Market və ya ictimai iaşə obyektlərində, gəzinti yaxud istirahət zamanı, həmçinin iş prosesində çəkilmiş fotolar Dövlət Xidmətinin rəsmi facebook hesabındakı (//www.facebook.com/antiinhisar/?ysclid=m1ypldpj37655144235) müvafiq postun altındakı rəy bölməsinə yerləşdirilməlidir.
  • Foto göstərilən tarixədək [email protected] email ünvanına göndərilməlidir (bir nəfər yalnız bir foto və yaxud foto kollaj təqdim edə bilər).
  • Fotonu email ilə göndərərkən ad, soyad, yaş, əlaqə nömrəsi və facebook profilinin linkini dəqiq qeyd etmək lazımdır.

Müsabiqədə kreativ foto müəlliflərinin seçiminə üstünlük veriləcək.

Müsabiqə iştirakçıları üçün tələblər:

  • İştirakçı həqiqi facebook profilindən müsabiqəyə qoşulmalıdır;
  • Bir nəfər yalnız bir foto (və ya kollaj formasında) təqdim etməlidir;
  • Foto postun altındakı rəy bölməsinə yüklənərkən #istehlakçıyamhüququmvar həştəqi ilə əlavə olunmalıdır;
  • Müəllif hüququnu pozan fotoların müsabiqəyə təqdim edilməsinə yol verilmir.

Qaliblərin müəyyən edilməsi:

  • Təqdim olunan fotolar müsabiqə üçün təyin edilmiş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
  • Münsiflər heyəti tərəfindən seçilmiş qaliblərə Dövlət Xidmət tərəfindən sertifikatlar təqdim olunacaq.

 

Zemfira Ms
Fins.az