“Qazprom” 2023-cü ilin sonunda Forbes jurnalının Rusiyanın ən zərərlə işləyən şirkətləri reytinqində birinci yeri tutub.
Fins.az xəbər verir ki, şirkətin xalis zərəri 583,1 milyard rubl təşkil edib. Bu, “Qazprom”un son 25 ildə ilk itkisi olub.
Bununla belə, 2024-cü ilin birinci yarısında şirkət 1,1 trilyon rubl xalis mənfəət əldə edib.
Reytinqin ikinci yerində Amur Qaz-Kimya Kompleksi, üçüncü yerində isə “Ozon” qərarlaşıb.
Zemfira Ms
Fins.az