Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib ki, Azərbaycan müharibədən sonra Ukraynaya yenidənqurma və bərpa işlərində kömək edə bilər.
Fins.az xəbər verir ki, Çijikov, Azərbaycanın müharibənin ilk aylarında Ukraynaya göstərdiyi humanitar dəstəyi xatırladaraq, münaqişənin sona çatmasından sonra da əməkdaşlığın davam edəcəyinə ümid etdiklərini vurğulayıb.
Çijikov, yanacaq təchizatı, energetika və enerji avadanlıqları ilə bağlı məsələlərin əməkdaşlıq istiqamətləri arasında olduğunu qeyd edib. O, Ukraynanın enerji sisteminin mərkəzləşdirilməmiş şəkildə qurulacağını və “yaşıl enerji”yə yönələcək böyük sərmayələrin olduğunu bildirib. Bu, Azərbaycan üçün də yeni imkanlar yarada bilər.
Zemfira Ms
Fins.az