BİZNES

30 Sentyabr

Azerconnect Group: Müştəri Ehtiyaclarına Yönəlik İnnovativ Həllər

Azerconnect Group, intensiv rəqəmsallaşma prosesləri fonunda ölkəmizin İKT və yüksək texnologiyalar sektorunda fəaliyyət göstərən şirkətlərə müxtəlif növ xidmətlər təqdim edir. Korporativ müştərilərinin sırasına mobil və sabit şəbəkə operatorları, internet xidmət provayderləri, eləcə də müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər daxildir.

Fins.az xəbər verir ki, şirkət geniş çeşiddə xidmətlər təqdim edərək müştərilərinin ehtiyaclarını qarşılayaraq, mobil xidmətlərini bütün ölkəni əhatə edən baza stansiyaları vasitəsilə üstün şəbəkə xidmətləri təklif edir.

Azerconnect Group, müştərilərinin rəqəmsal transformasiyasına dəstək olmaqla yanaşı, onların iş proseslərini daha səmərəli və effektiv şəkildə idarə etmələrini təmin edir.

Şirkətin xidmətləri İKT sektorunda inkişafa, innovasiyaların tətbiqinə və müştərilərinin uğuruna yönəlib.

Azerconnect Group müştərilərinə keyfiyyətli xidmət təqdim etməyə davam edir.

2013-cü ildən fəaliyyət göstərən Azerconnect Group, rəqəmsal qloballaşma prosesləri çərçivəsində ən yaxşı qlobal təcrübələri əməliyyatlarına inteqrasiya edir. Şirkət mobil, internet, beynəlxalq kanalların təşkili, FinTech, AdTech və Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. Azerconnect Group, enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Fuad Mədətov
Fins.az